Gənc Tamaşaçılar Teatrının kollektivi səfərdən qayıdıb. Teatrdan Müstəqil İnformasiya Agentliynə verilən məlumata görə, yaradıcı heyət Tatarıstanın Kazan şəhərində keçirilən türk xalqlarının ?Nauruz? adlı 1X Beynəlxalq Teatr Festivalında iştirak edib. Qeyd edək ki, 5 gün davam edən səfər Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutub. Kollektivə teatrın direktoru, əməkdar artist Mübariz Həmidov rəhbərlik edib. Yaradıcı heyət bu festivalda Ə. Haqverdiyevin ?Pəri cadu? əsəri əsasında səhnələşdirilən tamaşa ilə çıxış edib. Tamaşada əsas rollarda əməkdar artist Naibə Allahverdyeva, Kamələ Hüseynova, Elşən Rüstəmov, Mehriban Abdullayeva, Sonaxanım Əliyeva, Günel Məmmədova və başqaları çıxış ediblər. Tatarıstan, Qırğızıstan, Qazaxıstan, Türkiyə, respublikalarının Trabzon və Ankara Dövlət Tearının, Başqırdıstan, Xakasiya teatrlarının iştirak etdiyi festvalda Gənc Tamaşaçılar Teatrı ikinci dəfədir ki, çıxış edir. Qeyd edək ki, festival ərəfəsində kollektiv Türkiyəyə və yenidən Kazana qastrol səfərinə dəvət alıb.