18 may-18 iyun respublikamızda ?insan Hüquqları aylığı? dır
9 iyun 2009-cu il tarixdə saat 15:00-da Tofiq İsmayılov adına Uşaq Rəsm
Qalereyasında (Ünvan: 28 may küçəsi 21)100-dən artıq uşağın sərgisi təşkil olunacaq. Bu barədə məlumatı Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova verib.
Belə ki, bu sərgi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan
Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq
edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının, həmçinin
2009-cu ilin ?Uşaq ili? elan olunması ilə bağlı Azərbaycan Respublikası Prezidenti
tərəfindən təsdiq edilmiş tədbirlər planının müvafiq bəndlərinin icrasının təmin
edilməsi məqsədilə həyata keçiriləcək.
Bununla yanaşı qeyd edək ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə
Müvəkkilinin təşəbbüsü ilə 18 may- 18 iyun respublikamızda ?İnsan Hüquqları aylığı?
kimi qeyd olunur. Rəsm sərgisi də bu aylıq çərçivəsində gerçəkləşdirilən
tədbirlərdən biridir.
Sərgidə Bakı şəhərinin müxtəlif rəsm dərnəklərindən olan 80-dən artıq uşağın 100-ə
yaxın rəsm əsəri sərgilənəcəkdir. Rəsm əsərləri əsasən uşaqların asudə vaxtı,
təhsili, sağlamlığı, ailə hüquqlarını əhatə edir.
Tədbirdə Gənclər və İdman Nazirliyinin rəhbərliyi, millət vəkilləri, əlaqədar dövlət
orqanlarının rəhbərlərinin iştirakı planlaşdırılır.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47