Sərdar Cəlaloğlu Rəsul Quliyevin Azərbaycandakı proseslərə obyektiv qiymət verə bilmədiyini deyir
?Açığını deyim, hər şeydən əvvəl xaricdə yaşayan adamlar ölkə daxilindəki informasiyanı tam qəbul edə bilmirlər. Çünki informasiya almaq ayrı, yaşamaqla baş verənləri qəbul etmək ayrıdır. Rəsul Quliyev də burada yaşamadığı üçün həqiqətləri tam analiz edə bilmir?.
Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu eks-spiker Rəsul Quliyevin müxalifətin ünvanına söylədikləri fikirlər barədə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Rəsul Quliyev Azərbaycanda yaşamadığı üçün ölkədə baş verənlər barədə düzgün fikir yürüdə bilmir.
S.Cəlaloğlu onu da nəzərə çatdırıb ki, R.Quliyevin Azərbaycandakı proseslərlə bağlı səsləndirdiyi fikirlər obyektivlikdən kənardır.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51