Iyulda Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüzü gözlənilir
ATƏT-in Minsk Qrupunun həmsədrləri Metyu Brayza (ABŞ), Bernar Fasye (Fransa) və Yuri Merzlyakov (Rusiya) və ATƏT-in Minsk qrupunun şəxsi nümayəndəsi Andjey Kasprişik Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqda keçirilən görüşünün yekunu ilə bağlı bəyanatla çıxış ediblər.
Bəyənatda bildirilir ki, təkbətək və çoxtrəfli görüşlər zamanı Azərbaycan və ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin ümumi konsepsiyasını, bügünədək razılaşdırılmayan təklifləri müzakirə ediblər.
?Müzakirələr konstruktiv atmosferdə keçib və nəticədə münaqişənin baza prinsipləri əsasında həll olunmasında iki ölkə arasında olan ziddiyyətləri azalıb?.
Vasitəçilər onu da qeyd ediblər ki, bu pozitiv irəliləyişləri nəzərə alaraq, hər iki prezident vasitəçilərdən öz səylərini davam etdirməyi və danışıqların əsasını təşkil Madrid sənədində olan yeni və əsas mövzuları müzakirə çıxarmağı xahiş ediblər. Bundan əlavə, prezidentlər razılığın əldə olunması üçün yaxın gələcəkdə də görüşləri davam etdirməyi razılıq veriblər.
Həmsədrlər hesab edirlər ki, növbəti görüş iyul ayında baş tuta bilər.
Qeyd edək ki, Azərbaycan və Ermənistan prezidentləri iyunun dördündə Sankt-Peterburqda keçirilib. Bu prezidentlərin 2008-ci il iyun ayındakı ilk görüşlərindən sonra beşinci görüşdür.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50