Bakı Musiqi Akademiyasında ?Qara Qarayev yaradıcılığında fortopiano? adlı elmi ifaçılıq konfransı olacaq. Musiqi Akademiyasından Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, mərasim sözügedən təhsil ocağının Qara Qarayev zalında baş tutacaq. 9 iyunda keçiriləcək konfransda Musiqi Akademiyasının tələbələri ilə yanaşı, akademiyanın nəzdindəki orta ixtisas musiqi məktəbinin şagirdləri də iştirak edəcəklər. Konfransda bəstəkar Qara Qarayevin musiqiləri də səslənəcək.