Səfir Fəxrəddin Qurbanov Londonda ?Azərbaycan Bu Gün? mövzusunda çıxız edib
Iyunun 4-də Londonda yerləşən nüfuzlu Beynəlxalq Maliyyə Xidmətləri Mərkəzində (İFSL) Azərbaycanda investisiya imkanlarına həsr edilmiş dəyirmi masa keçirilib. Müstəqil İnformasiya Agentliyinə bu barədə məlumat Azərbaycanın Britaniyadakı səfirliyindən daxil olub. Məlumata görə, Londonun işgüzar dairələrinin nümayəndələrinin qatıldığı tədbirdə səfir Fəxrəddin Qurbanov ?Azərbaycan Bu Gün? mövzusunda çıxış edib.
Səfir çıxışında ölkədə həyata keçirilmiş regional əhmiyyətli iri enerji və nəqliyyat layihələrindən söhbət açıb. O, Azərbaycanda aparılan uğurlu iqtisadi siyasət, o cümlədən neft və qeyri-neft sektorunun inkişafından, neft gəlirlərinin səmərəli surətdə istifadə olunmasından danışıb. Son dövr ərzində ölkə iqtisadiyyatının sürətlə inkişaf etməsi nəticəsində əldə olunan yüksək makro-iqtisadi və mikro-iqtisadi göstəricilər barədə tədbir iştirakçılarına geniş məlumat verilib.
Bundan əlavə, qeyri neft sektorunun, xüsusilə kənd təsərrüfatı, turizm, bank və maliyyə sektorunun inkişaf etdirilməsi və bütövlükdə ölkə iqtisadiyyatının diversifikasiyasının prioritet olduğu nəzərə çatdırılıb.
Müzakirələr zamanı Azərbaycanda fəaliyyət göstərən bir sıra şirkətlərin nümayəndələri çıxış edərək, həyata keçirilmiş iqtisadi islahatlar barəsində məlumat vermiş və ölkədə xarici şirkətlərin uğurlu fəaliyyəti üçün bütün şəraitin yaradıldığını vurğulayıblar.
Sonda Səfir iştirakçıları maraqlandıran çoxsaylı sualları cavablandırıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50