Rumıniyanın dövlət katibi Boqdan Auresku Azərbaycana gəlir
Rumıniya Xarici İşlər Nazirliyinin strateji işlər üzrə dövlət katibi Boqdan Auresku iyunun 8-11-də Azərbaycanda işğüzar səfərdə olacaq. Rumıniyanın Bakıdakı səfirliyindən bildirilib, səfərin proqramına Azərbaycanın rəsmi şəxsləri ilə görüşlər daxildir.
B.Auresku iyunun 9-da Azərbaycan-NATO Beynəlxalq məktəbində ?Şimali Atlantika Alyansının XXI əsrdə rolu? mövzusunda məruzə ilə çıxış edəcək. İyunun 10-da Şimali Atlantika Tərəfdaşlığı Şurasının Bakıda keçiriləcək ?Enerji təhlükəsizliyi: təhdidlər və perspektivlər? mövzusunda seminarda əsas məruzəçi olacaq.
B.Aureskunun Bakıya qarşıdakı səfəri Azərbaycan-Rumıniya münasibətlərinin siyasi, iqtisadi, elmi, mədəni və digər sahələrdə yüksək səviyyədə olduğunu bir daha vurğulayır.
Səfər zamanı NATO-nun ?Sülh naminə tərəfdaşlıq? proqramı, Avropanın təhlükəsizliyi, enerji təhlükəsizliyi və beynəlxalq sülhməramlı əməliyyatlarda iştirak kimi qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi nəzərdə tutulmuşdur.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50