İyunun 5-də Azərbaycan Dövlət Filarmoniyasında klassik musiqi axşamı düzənlənəcək. Sözügedən mədəniyyət ocağından Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, həmin gün səhnə Dövlət Simfonik Orkestirinin ixtiyarına veriləcək. Qeyd edək ki, gecənin solisti xalq artisti Rauf Abdullayevdir. Konsertdə klassik bəstəkarlarla yanaşı xarici ölkə bəstəkarlarının da əsərlərinə səslənəcək.