Müğənni Nazənin: ?Narkotiklə tutulan zəxs mənim qardazım deyil?
Müğənni Nazəninin qardaşı həbs edilib. Sabunçu rayon Polis İdarəsindən verilən məlumata görə, Astara rayon sakini, 1960-cı il təvəllüdlü Əlizamin Rəhim oğlu Əliyev narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinir. O, Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində paytaxtda saxlanılıb. Onun üzərindən 80.341 qram narkotik vasitə olan heroin aşkar olunaraq, götürülüb.
Ə.Əliyevin barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri hazırlama, istehsal etmə, saxlama, daşıma və ya satma - külli miqdarda) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
Məsələni aydınlaşdırmaq üçün Nazənin xanımla əlaqə saxladıq. Müğənninin mətbuat xidmətinin rəhbəri Cavanşir Babəlioğlu Müstəqil İnformasiyasi Agentliyinə açıqlama verərəkən deyilənlərin düzgün olmadığını bildirib: ?Nazənin xanımla indicə danışdım. O, deyir ki, narkortikə görə həbs olunan şəxs mənim qardaşım deyil?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47