İyunun 3-də Dövlət Musiqi Muzeyi Puşkinin 210 illiyinə həsr olunmuş tədbir keçirəcək. Sözügedən muzeydən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, tədbir Maestro Niyazinin ev muzeyində baş tutacaq. ?Puşkin və musiqi? mövzusu əsasında baş tutacaq tədbirdə ölkənin tanınmış teatr və musiqi ocaqlarının nümayəndələri də iştirak edəcəklər. Opera və Balet Teatrı, Musiqili Komediya Teatrı, musiqi kolleclərindən və 35 saylı musiqi məktəbinin ifaçıları tədbirdə tanınmış şairin yaradıcılığına müraciət edəcəklər.