Qulamhüseyn Əlibəyli bələdiyyə seçkilərində əməkdazlığı mümkün sayır
?Bizim əvvəlcədən qərarımız var idi ki, qarşıdan gələn bələdiyyə seçkilərində iştirak edək. Hesab edirik ki, bələdiyyə seçkiləri önəmli prosesdir və bu prosesdə iştirak etmək lazımdır. Ona görə də müvafiq addımlarımızı atırıq?.
Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli deyib. Q.Əlibəyli bildirib ki, rəhbərlik etdiyi partiya dövlət qeydiyyatına alınacağı halda üzvlər seçkidə partiya adından, əks təqdirdə isə müstəqil namizəd kimi iştirak edəcəklər.
?Aydınlar? sədri bələdiyyə seçkilərində blok şəklində iştirak edəcəklərinin də istisna olunmadığını vurğulayıb. Onun sözlərinə görə, mövqeləri üst-üstə düşən partiyalarla əməkdaşlıq edə bilərlər: ?Artıq əməkdaşlıqla bağlı müəyyən məsləhətləşmələrimiz olub. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası və Böyük Quruluş Partiyasından da bu cür təşəbbüslər gəlib. Onlara açıq şəkildə ifadə etmişik ki, seçkilərdə bu partiyalarla blok şəklində iştirak edə bilərik. Amma hələlik bununla bağlı konkret qərar yoxdur?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51