Bu gecə ATƏT-in Minsk qrupunun həmsədrləri - Metyu Brayza, Bernar Fasye və Yuri Merzlyakov Bakıya gəliblər. Həmsədrlər bu gün ölkə rəsmiləri ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair məsləhətləşmələr aparacaqlar.Qeyd edək ki, həmsədrlər Bakıya İrəvandan gəliblər. Hava şəraiti pis olduğundan onlar Xankəndinə gedə bilməyiblər. Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açiqlama verən həmsədrlər bildiriblər ki, onlar İrəvanda Azərbaycan və Ermənistan prezidentlərinin iyuna planlaşdırılan Sankt-Peterburq görüşündən əvvəl münaqişə ilə bağlı vəziyyəti müzakirə ediblər və xarici işlər naziri Edvard Nalbadyanla danışıqlar aparıblar. İndi isə Azərbaycan tərəfinin rəsmiləri ilə görüşüb müzakirələr aparacaqlar.