Əməkdar artist Baloğlan Əşrəfov yaxın günlərdə yeni musiqi albomu, diski və kasetini buraxdırmaq istəyir. Bunu Müstəqil İnformasiya Agentliyinə sənətçinin özü deyib. ?Bu yaxınlarda Heydər Əliyev Sarayında solo-konsert proqramı ilə çıxış etdim. İndi isə həmin konsertin video görüntüləri üzərində işlər gedir. Konsert disk, albom və kaset halında çıxacaq. Orada yer alan mahnılar tamaşaçıların ürəyindən xəbər verəcək?,- deyən müğənni bu layihənin məhz ?Səbuhi? studiyası tərəfindən təqdim olunacağını da bildirdi. Sənətçi, həmçinin yeni layihələrə də imza atıb. O, tanınmış bəstəkar Nailə Mirməmmədli ilə iş birliyi qurduğunu da bildirdi. Qeyd edək ki, bu layihələri gələn mövsümdə təqdim ediləcək.