Gənclər Respublika günü münasibəti ilə Bakıda aksiya keçirir
Bu gün Bakıda Azərbaycan Xalq Cümhüriyyətinin qurulmasının 91 illiyi- Respublika günü münasibəti ilə gənclər aksiya keçirir. "Dalğa" və "Ol" Gənclər Hərəkatlarının üzvləri üzərinə "A", "D" və "R" hərfləri yazılmış ayrı-ayrı köynəklərdə üçlük şəklində paytaxtın müxtəlif yerlərində dinc aksiyaya - yürüşə çıxıblar.
"Dalğa"çılardan birinin mia.az verdiyi məlumata görə, rolis gənclərin aksiyasına müdaxilə edib. Belə ki, 9-cu bölmənin əməkdaşları Qoşa Qala qapısının yanında 6, İqtisad Universitetinin qarşısında isə 3 nəfəri saxlayaraq, bölməyə aparıblar. Burada gənclərə xəbərdarlıq edilib, adları və ünvanları götürülərək, sərbəst buraxılıblar. Verilən məlumata görə, aksiya günün sonuna qədəd davam etdiriləcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51