Ayrı-ayrı dövlətlərin cəhdlərinə baxmayaraq Rusiya Xəzər dənizində sahilyanı təhlükəsizliyin təmin edilməsi işində qeyri-bölgə ölkələrinin müdaxiləsinə yol verməyəcək. ANS PRESS-in İnterfaks agentliyinə istinadən yaydığı məlumata görə, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətində bildiriblər. "Biz qeyri-Xəzəryanı ölkələrin Xəzər dənizində sahilyanı təhlükəsizlik sisteminin formalaşdırılmasına müdaxilə etmək arzusunda olduqlarını qeyd edirik. Bu, baş verən deyil", - deyə Rusiya FTX-nin beynəlxalq əlaqələri idarəsi rəhbərinin birinci müavini Vladimir Ulyanov Moskvada jurnalistlərə açıqlamasında bildirib. Bununla belə, Ulyanov bu niyyətdə hansı ölkələrin olduğunu dəqiqləşdirməyib. Ulyanov xatırladıb ki, Xəzərdə sahilyanı təhlükəsizlik sisteminin formalaşdırılması haqda qərar Tehranda Xəzəryanı ölkələrin liderləri tərəfindən verilib. Müvafiq təhlükəsizlik sistemi 2009-cü ilin sonuna kimi formalaşdırılmalıdır.