Mədəniyyət və Turizm Nazirliyi mədəni irsimizlə bağlı siyahı hazırlayır
?Mədəni irs və abidələr haqqında siyahı hazırlanır. İnanıram ki, mədəni irs kimi siyahıya düşən türbələrimiz, qalalarımızın aqibəti yaxşı olmağa doğru gedir?.
Bunu Müstəqil İnformasiya Agentliyinə Mədəniyyət və Turizm Nazirinin mətbuat xidmətinin əməkdaşı Zöhrə Əliyeva deyib. Onun sözlərinə görə, bütün regionlar üzrə bərpa işləri aparılır və onun üçün də abidələr öz görkəmlərini itirmir: ?Ancaq elə türbələrimiz var ki, bərpa olunmağa lüzum yoxdur, onlar konservasiya olunmağla kifayətlənir?.
Z.Əliyevanın sözlərinə görə, tarixi abidələrin sayı çox olduğundan bərpa işləri zaman tələb edir: ?Biz də mümkün qədər mədəni irs kimi qorunub saxlanılan abidələrimizi qoruyuruq. Azərbaycan öz müstəqillik dövrünə qədəm qoyduqdan sonra bəzi problemlərlə əlaqədar tarixi abidələrimizi itirmək üzrəydik. Amma indi dövlət tərəfindən ciddi nəzarət olunaraq, konservasiya, bərpa işləri aparılır?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47