Bu il Bəstəkarlar İttifaqının yaranmasından 75 il ötür. Bu barədə məlumat Müstəqil İnformasiya Agentliyinə sözügedən mədəniyyət qurumunun mətbuat xidmətindən daxil olub. Qeyd edək ki, Bəstəkarlar İttifaqının hazırlıqları gedən 75 illik yubiley mərasimi gələn mövsümdə baş tutacaq. İttifaqdan bildirilən məlumata görə, tədbir dövlət səviyyəsində keçiriləcək. Onu da bildirək ki, bu tədbirdə tanınmış bəstəkarların bir neçəsi fəxri ad və perezident təqaüdü ilə təltif ediləcəyi də gözlənilir.