Gürcüstan Prezidenti Mixail Saakaşvili NATO-nun Vazianidəki səhra təlimlərinin rəsmi açılış mərasimində iştirak edəcək. Tədbirdə həmçinin NATO ölkələrinin səfir və hərbi attaşeləri, eləcə də Gürcüstan hökuməti və parlamentinin nümayəndələri iştirak edəcəklər. NATO-nun Vazianidəki hərbi təlimləri rəsmən mayın 11-də başlayıb. Birinci mərhələdə komanda-qərargah təlimləri keçirilib, bu gün isə səhra təlimləri başlayacaq. Onlar ayın sonuna qədər davam edəcək. Təlimlərdə NATO və onun tərəfdaşları arasından 15 ölkə iştirak edir.