Hafiz Məmmədov: ?Azarkezlərə qələbə sevinci bəxz etdiklərinə görə komandamın üzvlərinə təzəkkür edirəm?
Premyer Liqanın 2008/2009-cu il mövsümünün çempionu olan ?Bakı? Futbol Klubunun prezidenti, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Hafiz Məmmədov ?Muğan?la oyundan sonra bu qələbə münasibətilə komandanın bütün üzvlərini təbrik edərək, azarkeşlərə bol-bol qələbə sevinci bəxş etdiklərinə görə onlara təşəkkürlərini çatdırıb. Qol.Az-a AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqaələr Departamentindən verilən məlumata görə, Hafiz Məmmədov qeyd edib ki, ölkəmizdə futbolun inkişafı məqsədilə Respublika Prezidenti İlham Əliyevin imzaladığı ?Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun İnkişafına dair Dövlət Proqramı?na uyğun olaraq kompleks tədbirlər həyata keçirilir. Ölkə çempionatı və kubok oyunlarının yüksək səviyyədə təşkil olunduğunu qeyd edən H.Məmmədov bütün bu işlərə görə AFFA-nın prezidenti Rövnəq Abdullayevə dərin minnətdarlığını bildirib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11