Vəhdət Partiyası seçkilərdə YAP-la uzlazmağa çalızacaq
Vəhdət Partiyası Siyasi Şurasının növbəti iclası keçirilib. İclasda ölkədəki ictimai-siyasi vəziyyət, gündəlikdəki məsələlər və Baş Məclisin çağırılması müzakirə mövzusu olub.
Bu barədə Müstəqil İnformasiya Agentliyinə (mia.az) Vəhdət Partiyasının sədri Tahir Kərimli məlumat verib. T.Kərimli bildirib ki, rəhbərlik etdiyi təşkilat bələdiyyə seçkiləri ilə bağlı ilkin mərhələni arxada qoyub və Siyasi Şura seçkidə iştirak etmək qərarı verib: ?Siyasi Şuranın İclasında Baş Məclisin çağırılması ilə bağlı qərar qəbul olundu. Yəqin ki, yaxın müddət ərzində Baş Məclis çağırılacaq. Hazırda seçkiyə hazırlıq işləri gedir, rayon və şəhər təşkilatlarında rəyləri öyrənirik, namizədlərimizi müəyyənləşdiririk?.
T.Kərimli deyib ki, bələdiyyəyə namizədliyini irəli sürənlər arasında müqayisələr aparılır, yəni elə namizəd irəli sürməyi planlaşdırırlar ki, onun qələbə qazanması imkanları daha yüksək olsun. Vəhdət sədri onu da qeyd edib ki, budəfəki seçkilərdə hakim Yeni Azərbaycan Partiyası ilə namizədlərini uzlaşdıracaqlar: ?Biz çalışacağıq ki, namizədlərimiz YAP-ın namizədləri ilə toqquşmasın. Hətta namizədlərin birgə müdafiəsi həqqandı qərar vermək də olar. Ola bilsin ki, seçki kampaniyası ərəfəsində YAP rəhbərliyi ilə bu barədə müəyyən müzakirələr də aparılsın?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51