?Mədəniyyəti olmayan sənət adamlarının mədəniyyətsizliyə, yersiz qalmaqalara, tərbiyyəsiz hərəktlərə bilərəkdən yol verən verilişlərə dəvət olunmasının əleyhinəyəm?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında bəstəkar Xanım İsmayılqızı deyib. Bəstəkar xanımın sözlərinə görə, mədəniyyətə xidmət edən insanlar efirlərdə, məclislərdə, dəvət aldıqları hər hansı bir məkanda mədəniyyətsizlik nümayiş etdirməməlidir. Onun fikrincə, bu cür olaylar Azərbaycan mədəniyyətinə qara ləkədir: ?Son vaxtlar bəziləri hesab edir ki, qalmaqala səbəb olan verilişlər bağlanmalıdır. Amma bu, vəziyyətdən çıxış yolu deyil. Burada veriliş rəhbərinin nə günahı? Əgər bir insan tərbiyyəsizdirsə, ona aparıcı neyləsin? Şou-biznes əhli həddini aşıb. Hətta efirdə bir-birlərini təhqir etməkdən də çəkinmirlər. Son vaxtlar isə bir yol seçiblər - canlı yayımda suala cavab vermək əvəzinə verilişi tərk edirlər. Verilişi tərk etmək tərbiyyəsizlikdir, aparıcıya və veriliş rəhbərinə hörmətsizikdi. Həm də bu verilişə milyonlarla insan baxır. Mədəniyyət aləmində olan insanlar mədəni olmalıdır. Amma bunların elələri var ki, mədəniyyətin nə olduğunu unudub?.