Serj Sarkisyan: "Bakı ilə danızıqlarda mövqeyimizi sərtləzdirdiyimizi düzünmürəm"
"Mən düşünmürəm ki, biz Bakı ilə danışıqlarda mövqeyimizi sərtləşdirmişik. Problemin həllində açar rolunu Dağlıq Qarabağın statusu məsələsi oynayır". Bunu Ermənistan prezidenti Serj Sarkisyan deyib. O bildirib ki, bu məsələdə dəqiq sualları qoyur və belə də cavab istəyirlər. "Bu mövqenin sərtləşdirilməsi demək deyil. Məncə Azərbaycan kütləvi informasiya vasitələri prezidentlərin Sankt-Peterburqdakı görüşdən sonra yenidən Ermənistanın mövqeyini sərtləşdirdiyi barədə məlumat yaymayacaq".
Ermənistanın dövlət başçısı həmçinin Ermənistan-Türkiyə əlaqələrinin normalaşması ilə Dağlıq Qarabağ münaqişəsin həllinin əlaqələndirilməsinin düzgün olmadığını bildirib. "Çətin məsələlərin həllinə böyük əmək və vaxt sərf etmək lazımdır. Türkiyə indi dünyaya müasir və beynəlxalq hüquq normaları ilə idarə olunan ölkə olduğunu sübut etmək üçün geniş imkanlara malikdir"- deyə, Sarkisyan qeyd edib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50