ADP-nin məktubu Almaniya Bundestaqına təqdim edilib
Xəbər verdiyimiz kimi, Azərbaycan Demokrat Partiyasının (ADP) İdarə Heyətinin mayın 18-dəki toplantısında Almaniya Bundestaqının Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və demokratiyanın gücləndirilməsinə dair qəbul etdiyi qətnamə ilə əlaqədar bu qurumun rəhbərliyinə təşəkkür məktubunun göndərilməsi haqqında qərar qəbul edilib.
Partiyanın mərkəzi qərargahından Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumatda qeyd olunur ki, adıçəkilən məktub ADP-nin Avropa bürosunun üzvlərindən birinin vasitəsi ilə Almaniya Bundestaqının prezidenti, cənab Norbert Lammertə təqdim olunub.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51