Qısa müddətlik enmədən sonra neftin qiymətində yenidən artım müşahidə edilir. Nyu-York birjasında Texas nefti 61 dollar 52 sentə, Londonda Brent markalı neft 60 dollar 44 sentə olub. Azəri light markalı Azərbaycan nefti dünənki hərraclarda 60 dollar 14 sentə satılıb. Neftin bahalaşması maliyyə bazarlarında dolların ucuzlaşmasına səbəb olub. Avropa valyutası 1 dollar 39 sentə qədər bahalaşıb. Qızılda bahalaşmağa davam edir. Qiymətli metalın unsiyası 952 dollar 10 sentə və ya qramı 30 dollar 71 sentə təklif olunur.