Bu gün Milli Məclisin növbəti iclası öz işinə başlayır. Millət vəkilləri 2008-ci ilin dövlət büdcəsinin icrası və insan hüquqları üzrə müvəkkil haqqında qanuna əlavə və dəyişiklikləri müzakirə edəcək. İclasda həmçinin neft-qaz sahəsinə aid bir neçə sazişin təsdiq edilməsi nəzərdə tutulub.