Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytı yaradılır
2005-ci ildə qəbul edilən ?İnformasiya əldə etmək haqqında qanun?a görə, bütün dövlət qurumlarının İnternet səhifəsi yaradılmalıdır. Qanunun qüvvəyə minməsindən bir neçə il keçməsinə baxmayaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hələ də özünün veb-səhifəsini yaratmayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elnur Kələntərli Müstəqil İnformasiya Agentliyinə açıqlamasında ünvanlı sosial yardım və ya müavinətlər barədə informasiyaların avtomatlaşdırılmış şəkildə toplanıldığını deyib: ?Nəzərinizə çatdırım ki, bu böyük İnternet şəbəkəsidir. Hazırda biz nazirliyin digər qurumlarını da bu şəbəkəyə qoşuruq. Sözün açığı, bu, bir qədər vaxt aparacaq. Çünki biz saytımızı avtomatlaşdırılmış sistem üzərində yaradırıq. Sayt hazır olandan sonra veb-səhifəyə daxil olan hər bir istifadəçi avtomatik yenilənmənin şahidi olacaq. Yəni, əgər gün ərzində hansısa bir rayonumuzda və ya hansısa bir ailəyə ünvanlı sosial yardım edilibsə, saytda yerləşdiriləcək ümumi rəqəmdə öz əksini tapacaq. Hesab edirəm ki, bu, təkcə internet saytı yox, geniş portal olacaq?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19