Dahi Üzeyir Hacıbəyovun ?Arşın mal alan? operettası iki dildə - rus və Azərbaycan dilində səhnələşdirilir. Bu barədə məlumat Müstəqil İnformasiya Agentliyinə Musiqili Komediya Tetarından verilib. Qeyd edək ki, üzərində məşqlər gedən bu operettanın quruluşçu rejissoru Elvir Mirzəyevdir. Tamaşada teatrın tanınmış aktyorlarından olan Nərgiz Kərimova, Elnarə Babayeva, Pəri Vəliyeva, Anar Şuşalı, Ələkbər Əliyev, Xanım Qafarova, Nahidə Orucova və başqaları rol alıb. Sözügedən teatrdan verilən məlumata görə, ?Arşın mal alan? operettası iyun ayının 15-nə kimi tamaşaçıların ixtiyarında olacaq.