Milli Məclisdə 2008-ci il Dövlət Büdcəsinin icrası müzakirə olunub
2008-ci il dövlət büdcəsinin icrası Milli Məclisin iqtsiadi siyasət komissyasında müzakirə olunub. Maliyyə naziri Samir Şərifov bildirib ki, ötən il büdcə gəlirlərinin icrası 102,7 % yerinə yetirilib və xəzinəyə bütün mənbələrdən 10 milyard 763 milyon manat vəsait daxil olub. Hesabat dövründə büdcə xərcləri gəlirlərdən cəmi 11,5 milyon manat çox olub. Başqa sözlə, xərclər 2,6 faiz kəsirlə yerinə yetirilib.
Nazir ötən il büdcə və Neft Fondunun vəsaitləri, həmçinin xaricdən cəlb olunan dövlət zəmanətli kreditlər hesabına iqtisadiyyata 5 milyard 389 milyon dollar investisiya yatırıldığını da bildirib. O, büdcə vəsaitlərinin xərclənməsinə nəzarətin gücləndirildiyini və bu məqsədlə maliyyə nəzarəti üzrə dövlət xidmətinin yaradıldığını diqqətə çatdırıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19