Bu gün Indoneziya hərbi hava qüvvələrinə məxsus C-130 Hercules təyyarəsi Yava adalarında qəzaya uğrayıb. Təyyarə əvvəlcə yaşayış evlərinə dəyib, daha sonra isə çəltik tarlasına düşüb. Nəticədə 68 nəfərin öldüyü bildirilir. Bu barədə Associated Press agentliyi Cakartada hərbi hava qüvvələrinin nümayəndəsinə istinadən məlumat yayıb. Nümayəndənin sözlərinə görə, ölənlərin sayı arta bilər. Belə ki, təyyarənin göyərtəsində 112 sərnişin və ekipaj üzvləri olub.