Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətindən verilən məlumata gğrə, dünən YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov ATƏT?in Bakı ofisinin yeni rəhbəri Əli Bilge Cankorel ilə görüşüb. Əli Bilge Cankorel ATƏT?in Bakı ofisi ilə YAP arasında əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminliyini bildirib. Hazırda rəhbərlik etdiyi qurumda tədbirlər planının tərtib olunduğunu deyən qonaq, YAP tərəfindən irəli sürüləcək təkliflərə diqqət yetirəcəklərini qeyd etmişdir. ATƏT nümayəndəsi ölkəmizin beynəlxalq aləmdəki rolundan, onun artan nüfuzundan, iqtisadi inkişaf dinamikasından söz açıb. YAP sədrinin müavini Əli Əhmədov Azərbaycanın demokratik inkişaf yolunda apardığı islahatların səmərəli nəticələr verməsi ilə bağlı qonağın sözləri ilə həmfikir olduğunu bildirib. Əli Əhmədov ilin sonunda keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq prosesi, YAP?ın beynəlxalq əlaqələri və digər məsələlər haqda qonağa ətraflı məlumat vermişdir. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər haqqında fikir mübadiləsi aparılıb.