Piter Semnebi Azərbaycan rəsmiləri ilə görüzlərə bazlayacaq
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebinin Azərbaycana səfəri başlayıb. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin məlumatına görə, iki günlük səfər çərçivəsində Piter Semnebi Azərbaycan rəsmiləri ilə, habelə diplomatik missiyaların nümayəndələri ilə görüşəcək.
Görüşlərdə Azərbaycanla Aİ arasında bir sıra sahələrdə əlaqələrin inkişaf perspektivləri, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması, ?Şərq tərəfdaşlığı? təşəbbüsü ilə bağlı məsələlər müzakirə olunacaq.
Piter Semnebi ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və özünün Azərbaycanın problemlərinin həllində maraqlı olduqlarını bildirib: ?Bir müddət əvvəl ?Şərq tərəfdaşlığı? ilə bağlı sənəd imzalanıb. Bununla da Avropa İttifaqı ölkələri Azərbaycanla daha sıx əməkdaşlıq edəcək. Mən dəqiq deyə bilmərəm ki, bu, Dağlıq Qarabağ probleminin həllinə necə təsir edəcək. Amma onu deyə bilərəm ki, Avropa İttifaqı münaqişənin həlli prosesinə daha çox diqqət göstərəcək. Avropa İttifaqı ATƏT-in Minsk Qrupunun fəaliyyətini dəstəkləyir.Hesab edirəm ki, avropa birliyinin təklif edə biləcəyi çoxlu sayda digər əməkdaşlıq növləri də var?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50