Mayın 17-də Moskvadan Bakıya gələn ?Evrovision-2009? mahnı müsabiqəsində Azərbaycanı təmsil etmiş Aysel Teymurzadəni və Araşı Heydər Əliyev adına beynəlxalq hava limanında milli geyimli qızlar da daxil olmaqla yüzlərlə insan qarşılayıb. Aysel və Araş müsahibələrində Moskvada olduqları ilk günlərdən Vətənin dəstəyini hiss etdiklərindən danışaraq, onları dəstəkləyən insanlara minnətdarlıqlarını bildiriblər. Daha sonra isə Azərbaycan ifaçıları və onların pərəstişkarlarını aparan avtomobil karvanı paytaxta yola düşüb. Amma bu zaman yaranan dəbdəbə bəzi şəhər sakinin etirazına səbəb olmuşdur. Çünki mayın 17-si Laçının ermənilər tərəfindən işğal edildiyi tarixi idi. Həmvətənlərimizin fikirincə, Laçın azad olunmayana kimi də bu şəkildə bayram etməyə haqqımız yoxdur.