Müsavat Divanı gənclərə qarzı təzyiqlərə son qoymağı, ADNA-dakı terroru arazdırmağı tələb edir
Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Müsavat Partiyasının mətbuat xidmətindən məlumat daxil olub.
Qərarların icrası və görülmüş işlər haqqında məlumat verildikdən sonra Divan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri çərçivəsində, xüsusən də parlamentdə çıxışı zamanı Azərbaycan-Türkiyə münasibətləri mövzusunda verdiyi açıqlamaları, Qarabağ məsələsini Türkiyənin Milli məsələsi elan etməsini yüksək qiymətləndirib.
Divan Azərbaycan Dövlət Neft Akademiyasında 30 apreldə baş verən terror hadisəsinə etiraz olaraq, tələbə-gənclərin ?Terrora yox?, ?Matəm elan edilsin? və ?Gül bayramı ləğv edilsin? şüarları ilə 10 mayda keçirdikləri tədbirləri müsbət qiymətləndirib. Bundan əlavə, Divan tədbirlər zamanı gənclərin polis tərəfindən fiziki təzyiqlərə məruz qalmasını və həbs olunmasını pisləyb. Sonra isə hüquq-mühafizə orqanlarında gənclərə qarşı yol verilən təqiblərə son qoyulmasını, 30 aprel terror hadisəsinin hərtərəfli araşdırılmasını, günahkarların və sifarişçilərin tapılaraq cəzalandırılması tələb olunub.
Sonda cari məsələlərə baxılıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51