Yaşıl Teatr yeni mövsüm açılışına hazırlaşır. Bu barədə Müstəqil İnformasiya Agentliyinə sözügedən mədəniyyət ocağından məlumat verilib. Teatrdan verilən məlumata görə, açılış 1 iyun-Beynəlxalq Uşaq gününə təsadüf edəcək. Qeyd edək ki, mərasim dövlət əhəmiyyəti daşıyacaq. Teatrdan onu da bildiriblər ki, Uşaq gününə həsr olnmuş tədbirə uşaq evlərinin sakinləri də dəvət olunublar.