isa Qəmbərin bu yaxınlarda Türkiyəyə nəzərdə tutulan səfəri ictimaiyyətdən gizli saxlanılır
Müsavat Partiyasının başqanı İsa Qəmbərin Türkiyəyə növbəti səfəri gözlənilir. Bu barədə Müstəqil İnformasiya Agentliyinə (mia.az) Müsavat Partiyasına yaxın şəxslərdən biri məlumat verib. Verilən məlumata görə, İ.Qəmbər iki-üç gün ərzində Türkiyəyə səfərini reallaşdırmaq istəyir. Səfər çərçivəsində İ.Qəmbərin Türkiyə rəsmiləri və bir sıra siyasi dairələrin nümayəndələri ilə görüşəcəyi də bildirilir.
Məsələylə bağlı İsa bəyin özü ilə əlaqə saxladıq. Müsavat başqanı isə ?O barədə məlumatın mətbuata verilməsini məqsədəuyğun sayanda informasiya verəcəyik. Səfər ərəfəsində məlumat olacaq?,- deyərək, məlumatı nə təkzib, nə də təsdiq elədi.
Qeyd edək ki, Müsavat başqanı hansısa səbəbdən səfərin ictimaiyyətdən gizli saxlanılmasına çalışır. Ona görə də bu barədə mətbuata informasiya verməkdə maraqlı deyil.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51