BAXCP idarə Heyətinin növbəti iclası keçirilib
Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. BAXCP mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, iclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və
cari məsələlər müzakirə olunub.
İdarə Heyətinin üzvləri öncə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinə münasibət bildiriblər. Qeyd olunub ki, qardaş ölkənin baş nazirinin Azərbaycanda, Polşada və Rusiyada səsləndirdiyi bəyanatlar təqdir olunmalı və yüksək dəyərləndirilməlidir. BAXCP İdarə Heyəti Azərbaycan-Türkiyə münasibətlərinin bütün istiqamətlərdə daha intensiv şəkildə inkişaf etdirilməsinin vacibliyini önə çəkib: "Millətimizin və bütün Türk Dünyasının gələcəyi, eləcə də bölgədə sülhün, əminamanlığın, təhlükəsizliyin təmin olunması Azərbaycan-Türkiyə münasibətlərinin inkişafından keçir".
Gündəliyə əsasən, BAXCP İdarə Heyətinin müzakirəsinə çıxarılan ikinci məsələ Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 91-ci ildönümü ilə bağlı olub. Qərara alınıb ki, mayın 27-də Məhəmməd Əmin Rəsulzadənin abidəsi ziyarət olunsun və elə həmin gün saat 11:00-da partiyanın mərkəzi qərargahında Dəyirmi Masa keçirilsin.
BAXCP İdarə Heyətinin iclasında, həmçinin partiyanın Ali Məclisinin növbəti sessiyasının çağırılması barədə qərar qəbul edilib. Qərara əsasən, BAXCP Ali Məclisinin növbəti sessiyası iyunun 6-da, saat 11:00-da öz işinə başlayacaq. Ali Məclisin iclasında partiyanın bələdiyyə seçkilərinə hazırlığı ilə bağlı, eləcə də bir sıra təşkilat məsələlərinin müzakirə olunacağı gözlənilir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51