Bəstəkar-müğənni Elza Seyidcahanın iyunun 13-də Binə ippodromunda heyvanlar üçün verəcəyi konsertlə bağlı rəyini gənc müğənni Xatun da bildirdi: "Bu gün informasiya çox olduğu üçün ideya qıtlığı var. Yeni bir şey düşünmək çox çətindir. Bəlkə də yeni ideya üçün Elza xanımın yanına getdim. Maşallah, onun ağlına qeyri-adi şeylər gəlir. Mən özüm də heyvanları xoşlayıram. Çox istərdim ki, balaca itim olsun. Amma müsəlman dini buna icazə vermir. Əslində, Elza Seyidcahan heyvanlar üçün konsert verən ilk müğənni deyil. Vaxtilə bunu dünya şöhrətli türk müğənnisi Sezen Aksu da etmişdi. Bir neçə il öncə konsert ərəfəsində onun iti dünyasını dəyişdi. Sezen xanım onu çox istədiyindən yaman məyus olmuşdu. Buna görə də, efir vasitəsilə öz tamaşaçılarına müraciət edərək hər kəsin konsertə öz ev heyvanları ilə gəlməsini rica edib. Sezen Aksu konsertini sırf heyvanlar üçün etməsə də, yəqin Elza xanıma yaxşı ideya verib. Hər necəsə, belə şeylərə normal baxıram. Çox güman ki, həmin konsertə özüm də getdim.