YUĞ Teatrı Misirdə keçiriləcək Eksperimental Beynəlxalq Teatrlar Festivalına dəvət alıb. Müstəqil İnformasiya Agentliyinə bu barədə məlumat sözügedən teatrdan verilib. Məlumata görə, səfər Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə baş tutub. Mayın sonlarında keçiriləcək festivalda yaradıcı heyət teatrın repertuarında olan ?Mən, Məhəmməd Füzuli? layihəsi əsasında səhnələşdirilən iki tamaşa ilə çıxış edəcək.