Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ?halal? nişanı ilə satışa çıxarılan kolbasa və sosis məmulatlarını standartdankənar elan edib. Buna baxmayaraq, həmin məhsulların satışdan yığışdırılmasına dair heç bir gösətriş verilməyib. Məsələylə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Müstəqil İnformasiya Agentliyinə açıqlamasında bunu ölkədə istehlakçı siyasətinin olmaması ilə əlaqləndirib: ?İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunlar qəbul olunsa da, dövlətin bu sahədə vahid siyasəti mövcud deyil. Başqa bir səbəb əhalinin az maariflənməsidir. Təhlükəli malların bazardan çıxarılmasında istehlakçı boykotu işləmir. Digər tərəfdən, istehlakçı hüquqlarını qorumağa məsul olan dövlət orqanlarının vahid siyasəti yoxdur. Bəzən bu orqanlar bir-birinin funksiyasını mənimsəyir. Onların heç biri nə KİV, nə də AİB-lə rahat əlaqə qurmayıblar. Bütün bu səbəblər standartdankənar elan olunan malların satışda qalmasına şərait yaradır?. E.Hüseynov həmçinin ?cipsi? vasitəsilə ?donuz qripi? virusunun yayılması məsələsinə də toxunaraq, bu xəbərin həqiqətə uyğun olmadığını bildirib: ? Sözügedən virus yalnız hava vasitəsilə yayılır. Hətta donuz ətindən də bu qrip keçmir. Bu barədə ÜST-nin məlumatında kifayət qədər aydın bildirilib. Ümumiyyətlə, ?cipsi?lərlə bağlı bütün dünyada problemlər yaşanır. Satışda olan bu cür məhsullar geni dəyişdirilmiş bitkilərdən hazırlanır. Bunlarsa allergiya törədiciləri kimi xarakterizə olunur?.