Milli Məclisin iqtisadi siyasət komitəsinin iclası keçirilib
Bu gün Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilib. İclasda ?Qiymətləndirmə fəaliyyəti haqqında? qanuna və İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər müzakirə olunub.
Komitə sədri Ziyad Səmədzadə deyib ki, hər iki sənədə təklif olunan dəyişiklik ölkə iqtisadiyyatının gücləndirilməsinə, qanunvericiliyin yeni bazar münasibətlərinə uyğun tənzimlənməsinə xidmət edir.
Z.Səmədzadə sözügedən dəyişikliklərin Beynəlxalq Maliyyə Korporasiyasının təklifi ilə həyata keçirildiyini vurğulayıb. Müzakirələrdən sonra sənəd parlamentin plenar iclasına tövsiyə edilib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19