Birləzmiz müxalifət liderlərinin toplantısı təxirə salınıb
Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatına daxil olan partiya liderlərinin bu gün keçirilməsi nəzərdə tutulan toplantısı təxirə salınıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə məlumat verən hərəkata daxil olan Axərbaycan Liberal Partiyanın sədr əvəzi Əvəz Temirxanın sözlərinə görə, liderlərin növbəti toplantısı yaxın günlərdə keçiriləcək.
Ə.Temirxan bildirib ki, hərəkat rəhbərlərinin hər çərşənbə günü keçirilən toplantının təxirə salınması Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və bir sıra texniki məsələlərlə bağlıdır: ?Bildiyiniz kimi, bu gün Ərdoğan ölkəmizdə səfərdə idi. Bununla bağlı bir sıra tədbirlər keçirildi. Hərəkatın üzvlərindən olan Ümid Partiyasının sədri İqbal Ağazadə də Milli Məclisdə keçirilən tədbirdə iştirak edirdi. Bu və digər məsələlərə görə bugünkü toplantı təxirə salındı. Yəqin ki, yaxın günlərdə hərəkat təsisçiləri bir araya gələcəklər?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51