Kinorejissorlar Gildiyası ilə İctimai Televiziya (İTV) arasında gedən məhkəmə prosesi mayın 21-də davam etdiriləcək. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Gildiyanın mətbuat xidmətinin rəhbəri Şahirə Tacəddin məlumat verib. Onun sözlərinə görə, tərəflər arasında baş verən narazılıqla bağlı mayın 7-nə təyin edilən məhkəmə prosesi zamanı tərəflər dinlənilib və növbəti məhkəmə prosesinin vaxtı mayın 21-nə təyin edilib.