Rəşid Behbudov adına Mahnı Teatrında birinci beynəlxalq uşaq muğam festivalının keçirilməsi planlaşdırılır. Bu barədə məlumat Müstəqil İnformasiya Agentliyinə sözügedən mədəniyyət ocağından daxil olub. Teatrdan verilən məlumata görə, festivalın təşkilatçısı ?Kainat? Gənclik Mərkəzidir. Qeyd edək ki, festival öz işinə mayın 25-də başlayacaq. Festivala qatılacaq uşaqlar 9-17 yaş arasında olacaqlar.