?Avroviziya? beynəlxalq mahnı müsabiqəsinin ilk on finalçısı müəyyənləşib. Finala Türkiyə, İsveç, İsrail, Portuqaliya, Malta, Finlandiya, Bosniya və Hersoqovina, Rumıniya, Ermənistan və İslandiya vəsiqə qazanıb. İlk yarımfinalın nəticələrinə görə, ümumilikdə ilk yarımfinalda 18 iştirakçı çıxış edib. Bu il qəbul edilmiş yeni qaydalara görə, finalçıları tamaşaçılar və Rusiya müğənnisi Filipp Kirkorovun başçılıq etdiyi münsiflər heyəti müəyyənləşdirir. Bu zaman tamaşaçılar hər yarımfinalda SMS-lər və telefyon zəngləri vasitəsilə 9 finalçını seçir, onuncu finalçını isə münsiflər elan edir. Azərbaycanı təmsil edən Araşla Aysel sabah çıxış edəcəklər.