Müsavat Gənclər Təzkilatının sədri azadlığa buraxılıb
Bu gün Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı azadlığa buraxılıb. Bu barədə məlumat Müstəqil İnformasiya Agentliyinə Müsavat Partiyasından daxil olub.
Qeyd edək ki,Tural Abbaslı mayın 9-da gənclərin ?Gül bayramı?na etiraz aksiyasına hazırlaşdığı ərəfədə saxlanmışdı və 3 sutka həbs cəzası almışdı.
Partiyadan onu da bildiriblər ki, 3 sutka həbs cəzası alan digər müsavatçı gənclər - Fərid Rəfiyev, Murad Kərimov, Əhəd Məmmədov və Yalçın Abbasovun da azadlığa çıxacağı gözlənilir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51