Xalq artisti Muxtar Maniyevin səhhətində yaranan problemlər artıq qaydasına düşüb. Bunu Müstəqil İnformasiya Agentliyinə açıqlamasında aktyorun özü deyib. ?Hazırda ev şəraitində müalicəmi davam etdirirəm. Bir müddətdən sonra çəkiliş meydançalarına da getməyə icazə verəcəklər? deyən xalq artisti bildirib ki, xəstə olduğuna baxmayaraq, ona çoxlu dəvətlər gəlir. Amma o, dəvətlərin heç birini qəbul etmir. M.Maniyev bunun da səbəbini açıqlayıb: ?İndi nə bir kino çəkən var, nə də yaxşı ssenari yazan. Nə qədər dəvətlər almışam. Ssenarisini oxuyuram, görürəm ki, çevir tatı, vur tatı. Axı nə qədər olar. Nə rejissorlar, nə də ssenaristlər bu təkrarçılıqdan xilas ola bilmirlər. Belə getsə, biz kino sahəsində uğur əldə edə bilməyəcəyik?.