Roma papası 16-cı Benedikt İsrailə səfər edib. O, zəvvar kimi müqəddəs şəhərləri ziyarət edir, həmçinin yəhudi və müsəlmanların müqəddəs şəhərlərinə də gedəcək. Bəzi müsəlman və yəhudilər Papanın çıxış və hərəkətlərindən hələ də küskündürlər. 3 il öncə Benedikt mühazirəsində müsəlmanların bəzilərinin təhlükəli olduğunu deyib. Bəzi yəhudilər isə Holokostu inkar edən Britaniyalı yepiskopun kilsədən kənarlaşdırmadığını görə Papanı pisləyiblər. Mayın 11-də Benedikt Holokost faciəsi qurbanlarının xatirəsinə ucaldılmış Yad Vaşem memorialını ziyarət edəcək. Papanın mayın 12-də isə Qərb sahilində yerləşmiş Fələstin qaçqın düşərgəsinə baş çəkəcəyi bildirilir.