"Milan" "Yuventus" qarzılazması heç-heçə baza çatdı
Futbol üzrə İtaliya çempionatının A Seriyasının 35-ci turu möhtəşəm qarşılaşmaya səhnə olub. Öz meydanında "Yuventus"u qəbul edən "Milan" qələbə qazana bilməyib, qarşılaşma 1-1 hesabı ilə heç-heçə başa çatıb.
?Cüzeppe Meazza? stadionunda keçirilən qarşılaşmada meydan sahibi ?Milan?ın qoluna 57-ci dəqiqədə Klarense Seedorf imza atıb, ?Yuventus?un bərabərlik qolunu isə 60-cı dəqiqədə Vincenzo Laquinta ?Milan?ın qapısından keçirib.
İlk yarısı 0-0 hesabı ilə heç-heçə başa çatan qarşılaşmada "Milan"ın ingilis futbolçusu Devid Bekhem, matçın 4-cü dəqiqəsində aldığı sarı vərəqə üzündən 36-cı turda keçiriləcək "Udinze" matçında iştirak edə bilməyəcək. "Milan"ın digər futbolçusu Cüzeppe Favalli isə matçın 25 və 86-cı dəqiqələrində aldığı sarı vərəqlərdən sonra qırmızı vərəqə ilə cəzalanaraq komandasını azlıqda qoyub.
Bu nəticədən sonra "Milan" xalı 71-ə, "Yuventus"un xalı isə 67-yə yüksəlib. İtaliya çempionatının 36-cı turunda "Milan" səfərdə "Udinze" ilə qarşılaşacaq, "Yuventus" isə öz meydanında "Atalanta"nı qəbul edəcək. /ANS PRESS/
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11