Türkiyə birinci divizionunda sonuncu turun oyunları keçirilib. Qol.Az-ın məlumatına həmyerlimiz İlqar Qurbanovun da heyətində yer aldığı ?Boluspor? doğma meydanında ?Güngören Bələdiyyəsi?ni qəbul edib. Hesabda 0:1 geri düşən bolulular 89, 90 və 90+1-ci dəqiqədə gələn qollarla matçı 3:1-lik qələbə ilə başa vurublar. İlqar bu matçda forma geyinməyib. Beləliklə, Bolu klubu mayın 15-də saat 18:00-da Super Liqaya vəsiqə uğurunda Pley-Off mərhələsinin yarımfinal matçında ?Karşıyaka? ilə üz-üzə gələcək. Matç Ankaranın ?Yenikend? stadionunda oynanılacaq. Qalib gələn tərəf finala vəsiqə qazanacaq. Oradan da qalib ayrılan klub Super Liqaya vəsiqə qazanacaq. Qeyd edək ki, final matçı da mayın 17-də saat 22:30-da ?Yenikend?də oynanılacaq.