?Azərbaycan Liberal Partiyası gənclərin həbs olunmasını qətiyyətlə pisləyir, bunu Azərbaycan Konstitusiyasına, ölkəmizin Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə hörmətsizlik kimi qəbul edir və bütün gənclərin dərhal azad olunmasını tələb edir?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Azərbaycan Liberal Partiyanın (ALP) sədr əvəzi Əvəz Temirxan deyib: ?ALP hesab edir ki, bu, hakimiyyətin ADNA-na da baş vermiş kütləvi qətliama gənclərin etirazına iqtidarın ?cavabıdır?. Hakimiyyət bu addımı atmaqla, zəif olduğunu, Azərbaycan xalqından, müxalifətindən, gənclərdən qorxduğunu bir daha nümayiş etdirdi?. Ə.Temirxan deyib ki, Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatındakı partiyalar məsələylə bağlı müəyyən addımlar atacaq.